GÜLLƏRİN ƏHƏMİYYƏTİ

Güllər həyatımızda əhəmiyyət kəsb edən canlı təbiətdir. Güllərdəki, çiçəklərdəki incəlik, füsunkar gözəllik, təravət, xoş qoxu bizi özlərinə valeh etdirmişdir. Gül – çiçəklərə olan sevgi və bağlılığımız onların adlarını digər sevdiklərimizə sirayət etdirməyə səbəb olmuşdur. Məsələn, sevdiyimiz şəxslərə “gülüm”, “çiçəyim”, “Gül qədər gözəlsən”, “Gül qədər təravətlisən”, “Gül kimi ətirlisən” kimi komplimentlər deməyimiz gülə olan məhəbbət və sevgimizdən xəbər verir.

Bundan əlavə xüsusi bayramlarda; “Sevgililər günü”, “8 Mart”, “Yeni il”, ad günlərində, toyda və digər şənliklərdə güldən istifadə etməyimizdə gülə, çiçəyə verdiyimiz dəyərin nişanəsidir. Bu saydıqlarım nüanslar bütün insanların həyatında baş verən danılmaz məqamlardır. Yəni, hər kəs sevimli, xoş günlərində məhz güllərdən yararlanır. Təbii ki, bunun bir hikməti, özünəməxsus səbəbi vardır. O da bundan ibarətdir ki, güllər, çiçəklər öz müxtəlif rəngləri, görünüşləri, qoxuları ilə insanda xoş təsir, şən əhval rühiyyə yaradır.

Ulu öndərimiz Heydər Əliyevin doğum gününün, 10 mayın güllər bayramı kimi qeyd edilməsi prezident İlham Əliyev və azərbaycan xalqının gülə olan diqqət və qayğısının təzahürüdür.

Qadınlardan ən çox sevdikləri hədiyyə barədə soruşulsa məhz gül hədiyyəsini sevdiklərini etiraf edərlər. Ona görə ki, qadın daim gül kimi ətirli, təravətli, incə və gözəl olmaq əzmindədir. Həmdə gül ucuz başa gələn eyni zamanda dəyərli bir hədiyyədir. Xanımlarınızı gül – çiçəklə sevindirməyi unutmayın...

 

Instagram

Bizi izləyin

Facebook Twitter YouTube Одноклассники

SALES@GULUMS.COM

Bizimlə Əlaqə