GÜLLƏR HAQQINDA BUNLARI BİLİRDİNİZMİ?

Gülçülük mədəniyyəti 4000 il bundan əvvəl Misir imperiyasında başlanılıb.

Puya-raimondi adlı qeyri-adi bitki And dağlarında yetişir və cəmi bir dəfə - 150 yaşı tamam olanda çiçəkləyir və daha sonrada ölür.

Lalə- sakitlik, yuxu, dinclik rəmzidir. Dünyanın bir çox ölkəsində bu gül, Birinci Dünya Müharibəsində həyatını itirmiş insanların xatirə simvolu kimi tanınır.

Günəbaxanın maraqlı xüsusiyyəti budur ki, hər zaman üzünü günəşə çevirir, elə adını da buradan alıb. Yeni texnologiyaların yaranmasından əvvəl isə günəbaxanın gövdəsindən xilas edici jiletlərdə istifadə olunurdu.

Qədim zamanlarda "zambaqlar ölkəsi" adlandırılan Hollandiyada zanbaqlar yox idi. Bu güllər Hollandiyaya Türkiyədən hələ XVI-ci əsrdə gətirilib. Bu gülün dəyəri isə qiymətli daşlardan, gümüş və qızıldan daha yüksək hesab olunurdu.

Qərənfil, qədim əfsanələrə görə, Qolqofa dağında, Hz.Məryəm (ə) ananın öz oğlu İsa peyğəmbərin (ə) əziyyətlərini gördüyü anda tökdüyü göz yaşlarının yerində bitib.

Dünyanın ən yaşlı qızılgül kolu Almaniyadadır. ABŞ 1986-cı ildə qızılgülə “milli gül” adını vermişdir.

İldə bir nərgiz gülü Şahzadə Çarlzın Sisisliyadakı torpaqları üçün ödədiyi simvolik icarə haqqı olmuşdur.

Səhləb çiçəyindən göy rəng istisna olmaqla, göy qurşağının hər bir rəngində çələng düzəldə bilərsiniz. Seleksionerlər hələ bu gülün göy rəngini yetişdirməyə müvəffəq olmayıblar. (İslamazeri.az saytına istinadən)

 

Instagram

Bizi izləyin

Facebook Twitter YouTube Одноклассники

SALES@GULUMS.COM

Bizimlə Əlaqə