GÜL HAQQINDA ŞEIR

GÜLLƏRİN BƏHSİ

Qızılgül:

Mən şahıyam qönçələrin, güllərin,

Ən gözəl istəklisi bülbüllərin.

Mən hamıdan yaxşı yaraşıqlıyam,

Sevməliyəm, ətrə bulaşıqlıyam,

Fəxr edərəm halətimə, həngimə,

Qırmızı yarpaqlarıma, rəngimə.

Bağı tutar ətri-dəhanım mənim,

Eybi nədir varsa tikanım mənim?!

Ağ zanbaq:

Əldə mənim ağ qədəhim. vardır,

Ağzınadək ət ilə sərşardır.

Var arıdan ötrü qızıltək tozum,

Boyda-buxunda da qəşəngəm özüm.

Gərçi uzundursa mənim yarpağım,

Yoxdu yenə lovğalığım, azmağım.

Həm kəpənək, xırda qarışqa yenə,

Gündə gələrlər, sığınarlar mənə.

Şəbbu:

Gər yox isə sevməli rəngim mənim,

Şux deyildirsə də həngim mənim,

Ətrim uzaqdan bürüyür aləmi,

Valehü heyrən eyləyir adəmi.

Xalq deyər çün hamı şəbbu mənə,

Fəxr üçün, əlbəttə, yetər bu mənə.

Mən üməralar bağının malıyam,

Güllər arasında tamaşalıyam

Abbas Səhhət

 

Kimsə sənə gül verir, mənasını bildirir.

Gül aldığın hər zaman, gör gül verən nə deyir.

Çəhrayı gül verirsə, məhəbbətin bildirir,

O, gizli məhəbbəti bu gül ilə bildirir.

Qırmızı gül verirsə, səni sevirəm deyir,

Səninlə əbədilik həyat qurmaq istəyir.

Bənövşəyi verirsə, fikrin ilə yaşayır.

Əgər ağ gül verirsə, onda öpür, ayrılır.

Sarı gülü verirsə, sənə nifrət bəsləyir.

Səni aldatmaq üçün hər an sevirəm deyir.

Məni sevirsənmi? …. Suala bir bax

Əgər sevirsənsə görən hardasan?

Özün öz kefində, bəlkə dardasan?

Dardasansa səslə, gələrəm gülüm

Baxmaram ki, mənə edirsən zülüm

Gecə də, gündüz də qulağım səsdə

Elə bil heç yoxsan sən olan kəs də!

Vəfasızlıq sənə inan yaraşmır,

Saf eşqi olanlar həddini aşmır!

Amma nə olar ki qayıt deyirəm,

Səni həyatımdan çox istəyirəm!

Səninlə gedərəm son mənzilədək

İstərəm səninçün mən də olum tək!

Özüm istəmədən gördüm bu günü,

Neyləyim, olmuşam eşqin düşgünü!

Namazova İlhamə

 

Instagram

Bizi izləyin

Facebook Twitter YouTube Одноклассники

SALES@GULUMS.COM

Bizimlə Əlaqə