ƏN NADİR ON GÜL

1. Yaşıl Sarmaşıq - Strongylodon macrobotrys

Filipinlərin yağış meşələrində yetişən bu şarmaşıq növü göy noxud və paxla ilə eyni familiyadandır. Pəncəyə bənzəyən çiçəkləri olan yaşıl sarmaşıq, 3 metrə qədər böyüyə bilməkdədir. Çiçəkləri mavidən yaşıla qədər hər hansı bir rəng olan bu bitki, həyat sahəsinin yox olması və təbii polen daşıyıcıların sayının azalması səbəbiylə yox olmaqdadır.

2. Cəsəd Çiçəyi - Rafflesia arnoldii

İndoneziyanın yağış meşələrində olan bu çiçək, çürümüş ət kimi iy verdiyi üçün bu adı götürmüşdür. Bir metrə qədər boyu uzana bilən cəsəd çiçəyi, yaydığı qoxu ilə ağcaqanadların və leş böcəklərinin əlaqəsini çəkər. Beləliklə tozlaşma əməliyyatını reallaşdırar. Kökündən qoparıldığında isə yalnız 1 həftə yaşaya bilməkdədir.

3. Cəbəltarix Qərənfili - Silene tomentosa

Yalnız Cəbəltarixdə uçurum kənarlarında yetişən bu bitki, 1980-cı illərdə tükənməyə başladı və ədəd tərəfindən çox az qaldı. 1992-ci ildə isə tamamilə nəsilinin tükəndiyi açıqlandı lakin 1994-cü ildə təsadüfən bir alpinist tərəfindən bir dənə tapıldı və bitki təkrar həyata döndü. Almeda Cəbəltarix Botanika Bağçasında və Londondakı Royal Botanika Bağçasında çoxaldılmış bir şəkildə yaşamaqdadır.

4. Franklin Ağacı - Franklinia alatamaha

Çay bitkisi ilə eyni familiyada olan bu ağacın vətəni Georgiadakı Altamaha kəndindədir. 19-cu əsrin əvvəllərində nəsili tükənən bu bitki yalnız botanikaçı, bağban olan Bartram ailəsində var. Dünya üzərində görə biləcəyiniz digər nümunələri də Bartram ailəsindəki ağacdan alınan toxumlardan çoxaldılmışdır.

5. Tutuquşu Dimdiyi - Lotus berthelotii

1884-cü ildən bəri nəsili təhlükədə olan tutuquşu dimdiyinin vətəni Sarıbülbül Adaları olduğu düşünülür. Tamamilə yox olduğu ya da vəhşi təbiətdə bir iki dənə nümunəsinin qalmış ola biləcəyi sanılır. Olan nümunələrdə artıq Sarıbülbül Adalarında yaşaya bilmir. Keçmişdən adadakı quşlar tozlaşmağı reallaşdırırmış amma bu gün təbii tozlaşma reallaşa bilmir.

6. Şokolad Kozmosu - Cosmos atrosanguineus

Mekshikaya aid olan bu kozmos çiçəyi təxminən 100 il əvvəl yox olmuşdur. Bu gün yalnız 1902-ci ildə yaradılmış və toxum verməyən bir klonu var. Çiçək yaz aylarında vanil iyi verməkdədir.

7. Kokio - Kokai cookei

Havay mənşəli bu bitki 1860-cı ildə kəşf edilmişdir.Btkinin çoxaldılması çox çətin idi və bu səbəbə görə 1950-ci ildə nəsili tükəndi. 1970-ci ildə isə son çiçək tapıldı və talehsiz bir şəkildə çıxan bir yanğın nəticəsi o da getdi. Lakin bir budaq yanmadan qurtarıldı və bu an dünya üzərində yaşayan 23 ədəd Kokio ağacı toxumlandı. Ağacların 23-ü də Havay da var. Kokio 10-11 metr ətrafında böyüyə bilən, qırmızı rəngdə çiçəklər verən bir bitkidir.

8. Sarı və Bənövşəyi Başmaq Orkidesi - Cypripedium calceolus

Vətəni Avropa olan bu orkide bu an yalnız Britanyada bir golf sahəsində var və 1917-ci ildən bəri polis tərəfindən qorunur. Lakin toxumları yeni bir bitki meydana gətirə biləcək qədər sağlam olmur.

9. Qarabasma Orkide - Epipogium aphyllum

Təxminən 20 ildir nəsili təhlükədə olan bu orkidenin törəməsi az qala qeyri-mümkündür. Yarpaqları olmadığı üçün fotosintez edə bilməz, öz qida qaynağını meydana gətirə bilməz. Buna görə bir göbələyin yanında yaşamaq məcburiyyətindədir ki, onun köklərindən bəslənə bilsin. Qarabasma orkide ən əhəmiyyətli xüsusiyyəti isə torpaqaltında illərcə yaşaya bilməsidir.

10. Middlemist Kamelya - Middlemist camellia

Dünyadakı ən nadir çiçəklərin başında gələn bu kamelyadan yalnız iki dənə tapılmışdır. Biri Yeni Zelandiyada, digəri isə Britanyadadır. Çiçək Britanyaya 1804-cü ildə John Middlemist tərəfindən Çindən gətirilmişdir. Parlaq çəhrayı rəngi olan bu kamelya, gülə çox bənzəməkdədir.

 

Instagram

Bizi izləyin

Facebook Twitter YouTube Одноклассники

SALES@GULUMS.COM

Bizimlə Əlaqə